AZ

Qərbi Azərbaycanlıların deportasiyası barədə virtual muzey

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Qərbi Azərbaycanlıların deportasiyası və soyqrımı ilə bağlı virtual muzeyin yaradılması” layihəsinin yekun təqdimat tədbiri keçirilib.Bu barədə BAYRAQDAR MEDİA-ya BAMF-dan məlumat verilib.Bildirilib ki, “Sosial Tədqiqatlar Mərkəzinin konfrans salonunda keçirilən tədbirdə öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin köməyi ilə həyata keçirilən layihə əsasında hazırlanan sayt və sənədli film haqqında ətraflı məlumat verib”.Sonra layihə çərçivəsində hazırlanan “Deportasiya – Şahidlərin gözü ilə” adlı sənədli film nümayiş etdirilib, həmçinin virtual muzeyin “deport.az” saytının təqdimatı olub: “Təqdimat zamanı məlumat verilib ki, layihə çərçivəsində ilkin mərhələdə deportasiyalar zamanı zərər çəkmiş və onlara canlı şahidlik etmiş 80 nəfər müsahibədə, 25 nəfər anket sorğusunda olmaqla, həmin dövrə aid foto, məzun albomları və sənədlərini təqdim edənlərlə birlikdə ümumilikdə 150-yə yaxın Qərbi azərbaycanlı virtual muzeyin formalaşmasında iştirak edib. Hazırda muzeydə 300-dən çox foto və 200-ə yaxın sənəd toplanıb. BAMF rəhbəri bildirib ki, layihənin əsas məqsədi deportasiya siyasəti nəticəsində Qərbi azərbaycanlıların məruz qaldıqları soyqırımı və cinayətləri virtual muzey vasitəsilə beynəlxalq müstəvidə tanıtmaq, onların təsirli həyat hekayələrini yayımlayaraq yaşadıqları acıları göstərməkdir. Həmçinin bu cinayətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi həmin insanların hüquqlarının bərpasına dair əsasları gücləndirəcək. Növbəti hədəf isə daha çox iştirakçının müsahibələrə cəlb olunması, toplanan materialların sayının artırılması və digər virtual muzeylərlə qarşılıqlı əlaqələrin qurulmasıdır”.Məlumatda deyilir ki, tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva da çıxış edib: “A.Əliyeva bildirib ki, qalib ölkənin qalib vətəndaşları kimi qarşımızda yeni hədəflər var. Bu hədəflərə çatmaq üçün mühüm işlər görülür, məhsuldar layihələr icra olunur. Belə layihələrin ərsəyə gəlməsi çox vacib və əhəmiyyətlidir. Bu gün təqdimatı keçirilən layihə tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir, son yüzillik tarixdə milli qürurumuzun qayıdışını qeyd edirik və elə bu layihənin təqdimat mərasimi də Zəfər günləri ərəfəsinə təsadüf edir”.Mərasimdə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini ifadə edib: “Diqqətə çatdırıb ki, bu layihə tariximiz, millətimiz, Vətənimiz qarşısında ümumi işimiz, ümumi mübarizəmizdir”.Daha sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev çıxış ediblər. Çıxışlarda layihənin önəmindən danışılıb, belə tədbirlərin davamlı olmasının və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasının vacibliyini xüsusi vurğulanıb.Tədbir müzakirələrlə davam edib.Qeyd edək ki, təqdimat mərasimidə rəsmi qurumların, Qərbi Azərbaycan İcmasının, vətəndaş cəmiyyətinin və ölkə mediasının təmsilçiləri iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
637
50
bayraqdar.info

10Mənbələr