2024-cü ilin yanvar-iyun aylarında Rusiya vətəndaşları xaricə 12,6 milyon səfər edib.
"Operativ Media" Rusiya KİV-ə istinadən xəbər verir ki, bütün səfər məqsədləri nəzərə alınmaqla rusların ölkə seçimində mütləq lider ənənəvi olaraq Türkiyə olub.
2024-cü ilin yanvar-iyun aylarında Türkiyəyə rusiyalıların axını əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2,5 milyon səfərə çatıb.
2023-lə müqayisədə rusların Ermənistana səfəri 17% azalaraq 452,8 min nəfər təşkil edib.
Əvəzində bir il əvvəllə müqayisədə Rusiya vətəndaşları Gürcüstana 31,5% (522,7 min nəfər çox), Azərbaycana isə 26% (340 min nəfər çox) səyahət etməyə başlayıblar.