AZ

Somalidə partlayış: 20 nəfər öldü

Somali paytaxtında terrorçunun özünü partlatması nəticəsində onlarla insan həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Garowe" məlumat yayıb.

Bildirilir ki, terror aktı turistlər arasında məşhur olan hoteldə həyata keçirilib.

"Moqadişunun Lido çimərliyindəki məşhur "Beach View" hotelində baş verən güclü partlayış nəticəsində azı 20 nəfər həlak olub", - deyə nəşrdə bildirilir.

Yaralıların sayı açıqlanmayıb.

Terrora görə məsuliyyəti "Əş-Şəbab" qruplaşması öz üzərinə götürüb.

Məlumata görə, hazırda da hadisə yerindən atəş səsləri eşidilir. Zərərçəkənlərin sayının artacağı istisna edilmir. Son məlumatlara görə, yaralılar arasında vəziyyəti ağır olanlar var.(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
bakivaxti.az

10Mənbələr