Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov İngiltərənin Berkshire şəhərindəki şirkətlərindən birini bağlayıb.
"Kanal14.az" Mia.az-a istinadən xəbər verir ki, bu barədə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
Jurnalistin sözlərinə görə, Orxan Eyyubovun 75 faiz payla sahib olduğu 2020-ci ilin noyabrında Britaniya Şirkətlər Evində qeydiyyatdan keçmiş NEW CANADA LIMITED şirkəti (Qeydiyyat nömrəsi 13044330) bu ilin yanvarında ləğv edilib və reyestrdən çıxarılıb:
"”NEW CANADA LIMITED Orxan Eyyubovun təsisçisi olduğu NEW CANADA CAPİTAL LTD-nin törəmə müəssisəsi kimi fəaliyyət göstərib. Sənədlərə görə ləğv olunan şirkətin 25 faiz hissəsi Orxan Eyyubovdan 3 yaş böyük olan ingilis xanim Jennifer Marie Mcdonalda, digər 25 faiz isə onun atası Mr John Macdonalda məxsus olub.
Xatırladım ki, NEW CANADA CAPİTAL LTD-nin ötən ilki maliyyə sənədlərinə əsasən aktivlərinin həcmi 15 milyon funt-sterlinqdən artıq olub”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta