AZ

Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat: 99 nəfər...

Türkiyədə İŞİD terror təşkilatının ölkədəki üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. Məlumata əsasən, “Gürz-4” kod adı altında İstanbul, Ankara və İzmir kimi böyük şəhərlər də daxil olmaqla ölkənin 26 vilayətində həyata keçirilən əməliyyat nəticəsində İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 99 nəfər saxlanılıb.

Əməliyyat üç gün davam edib.

Seçilən
65
36
buta.tv

10Mənbələr