"Kəpəz"in yeni mövsüm üçün oyun formaları təqdim olunub.
QOL.az xəbər verir ki, geyimlər ənənəvi olaraq klubun rənglərinə uyğun - sarı və göy rəngdədir.
Bu dəfə fərqli dizayn edilən formalar yaxalıqlıdır. Formaların üzərində klubun loqosu, həmçinin futbolçuların adı və ya soyadı əks olunub.
Geyimlər İspaniyanın tanınmış "Joma" firmasının istehsalıdır.