Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ilk dəfə nəvəsi olduğunu bildirib.
Modern.az xəbər verir ki, Peskov bu barədə “Komsomolskaya Pravda”ya deyib
“Adı Alisadır və məktəbdə oxuyur”, - Peskov bildirib.
Prezidentin mətbuat katibi “nəvəsinin yaşını açıqlamaqdan imtina edib.
“Mən onunla nadir hallarda danışıram, amma çox maraqlıdır”.
Onun sözlərinə görə, həyat yoldaşı ailə ənənəsi qurub: bazar günləri bütün uşaqlar həmişə onların evinə gəlir.