AZ

Peskov çoxdan baba olduğunu bildirib

Peskov bildirib ki, o, artıq baba olub, onun Alisa adlı nəvəsi var.

Qaziler.az-ın məlumatına görə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, o, çoxdan baba olub, nəvəsi artıq məktəbə gedir. O, nəvəsinin adının Alisa olduğunu qeyd edib.

“Mən çoxdan baba olmuşam,  nəvəm kifayət qədər böyükdür. Amma mən yeni nəvələrimin dünyaya gəlməsini gözləyirəm, çünki çoxlu övladım var”, – Peskov avqustun 1-də “Komsomolskaya Pravda” radiosuna müsahibəsində deyib.

O, nəvəsinin neçə yaşında olduğunu deməsə də, onun artıq məktəbə getdiyini bildirib.

Mətbuat katibi onunla nadir hallarda danışdığını, lakin söhbətlərin maraqlı olduğunu etiraf edib. Onun sözlərinə görə, “o, dünyagörüşündən danışır”.

Peskov müsahibəsində kiçik qızı Nadya ilə münasibətinin təfərrüatlarını da bölüşüb. O qeyd edib ki, onunla demək olar ki, hər gün danışır və söhbətlər “inanılmaz dərəcədə maraqlıdır”.

"Əlbəttə, o, artıq müəyyən hadisələrə münasibətini formalaşdırır, informasiya axınını izləyir, həmyaşıdları ilə münasibətləri də inkişaf edir və bütün bunları izləmək çox, çox maraqlıdır", - prezidentin mətbuat katibi bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
5
qaziler.az

7Mənbələr