AZ

Azərbaycan UEFA reytinqində irəlilədi

Avrokubokların 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Publika.az xəbər verir ki, Azərbaycanın "Zirə" klubunun Konfrans Liqasında "DAK 1904"a (Slovakiya) qalib gəlməsi (2:1) ölkəmizə daha 0,250 xal qazandırıb.

Bununla da xalını 18,325-ə yüksəldən Azərbaycan reytinqdə 1 pillə irəliləyib və Rusiyanı qabaqlayaraq 23-cü yerə yüksəlib. 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdəki Macarıstanın 19,500 xalı var.

Qeyd edək ki, siyahıya İngiltərə (89.160) başçılıq edir.

Seçilən
94
10
publika.az

10Mənbələr