AZ

“Squid game”in ikinci sezonu bu tarixdə ekranlara çıxacaq - Video

Rejissor Hvanq Donq-hyukun çəkdiyi Cənubi Koreyanın məşhur “Squid game” serialının ikinci mövsümü dekabrın 26-da işıq üzü görəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Netflix” məlumat yayıb.

Tamaşaçılar layihənin finalı olacaq üçüncü mövsümünü də izləyə biləcəklər. Bu, 2025-ci ildə izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, “Squid game” maddi çətinliklər üzündən gizli sağ qalmaq oyununda iştirak etməyə qərar verən bir qrup insan haqqındadır. 2021-ci ilin sentyabrında premyerasından sonra layihə “Netflix” tarixində ən populyar serial olub. Yayımda olan ilk 17 gündə onu 11 milyondan çox istifadəçi, ilk ayda isə 111 milyon istifadəçi izləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
qafqazinfo.az

2Mənbələr