AZ

“Squid game”in ikinci sezonu bu tarixdə ekranlara çıxacaq - VİDEO

Rejissor Hvanq Donq-hyukun çəkdiyi Cənubi Koreyanın məşhur “Squid game” serialının ikinci mövsümünün yayımlanacağı tarix məlum olub. SİA xəbər verir ki, bu barədə “Netflix” məlumat yayıb.

Bildirilib ki, serialın ikinci mövsümü dekabrın 26-da işıq üzü görəcək.

Tamaşaçılar layihənin finalı olacaq üçüncü mövsümünü də izləyə biləcəklər. Bu, 2025-ci ildə izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, “Squid game” maddi çətinliklər üzündən gizli sağ qalmaq oyununda iştirak etməyə qərar verən bir qrup insan haqqındadır. 2021-ci ilin sentyabrında premyerasından sonra layihə “Netflix” tarixində ən populyar serial olub. Yayımda olan ilk 17 gündə onu 11 milyondan çox, ilk ayda isə 111 milyon istifadəçi izləyib.

https://youtu.be/JMQ7CwfecJE?si=ifeTXIG5jIXv4SHO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
sia.az

2Mənbələr