AZ

Milli Müdafiə Universiteti Türkiyədə təhsil almaq üçün abituriyent qəbulu elan edib

Bakı. Trend:

Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün alitəhsilin bakalavr (baza ali tibb təhsili) pilləsi üzrə TürkiyəRespublikasının Tibb Elmləri Universitetinin Gülhanə TədrisAraşdırma Xəstəxanasının Hərbi Tibb ixtisası üzrə təhsil almaq üçünabituriyent qəbulu elan edib.

Trend xəbər verirki, tələblərə cavab verən namizədlər cari ilin avqustun 6-dəkxaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması(mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər.

Tələblər:

Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrəkeçirilmiş qəbul imtahanlarında 600 bal və daha yüksək nəticə əldəetmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsilsəviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşıtamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşıolması.

İmtiyazlar:

- təhsil müddətində təhsilalanların bütün təminat növləri ilətəmin olunması (yataqxana, qidalanma, xüsusi geyim forması vəs.);

- ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təminolunması.

- Qeydiyyat üçün xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyatformasını (mmu.edu.az/qeydiyyat) dəqiq doldurmağınız xahişolunur.

Qeyd: Namizədlər müvafiq sənədlərini 6 avqust2024-cü il tarixinədək Hərbi tibb fakültəsinə yaxınlaşaraq təqdimedə bilərlər. Namizədlərdən qəbul imtahanlarının 1-ci və 2-cimərhələsinin nəticələrini təsdiq edən sənədlər, 3x4 formatında 4ədəd fotoşəkil və şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmalarıxahiş olunur. Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi 3.

- Ətraflı məlumat üçün Türkiyə Respublikasının Tibb ElmləriUniversitetinin Gülhanə Tədris Araşdırma Xəstəxanasının rəsmisaytına (gulhaneeah.saglik.gov.tr) keçid edə və ya *0811 qısanömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Seçilən
131
26
az.trend.az

10Mənbələr