AZ

İngiltərə yeni hədəfini açıqladı: Bu tarixdə Türkiyə ilə...

İngiltərədə qurulan yeni hökumət Türkiyə ilə ticarət müqaviləsi üzərində işə başlamaq üçün tarix təyin edib.

Publika.az xəbər verir ki, hökumət azad ticarət sazişi (STA) danışıqlarının payızda başlayacağını açıqlayıb. Həmçinin Hindistan və Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə də STA danışıqları davam edəcək.

Böyük Britaniyanın baş naziri Key Starmer iqtisadi artımı hökumətinin əsas məqsədlərindən birinə çevirib. Starmerin İşçi Partiyası iyulun 4-də keçirilən seçkilərdə qalib gələrək 14 ildən sonra hakimiyyətə gəlib və seçki dövründə ticarət razılaşması danışıqları dayandırılıb.

"Danışıqların bərpası Böyük Britaniya üçün bizneslərin beynəlxalq bazarlara çıxışını təmin etmək, məşğulluğu artırmaq və iqtisadi artımı təmin etmək üçün zəruri olan yüksək keyfiyyətli ticarət razılaşmalarına nail olmaq yolunda ilk addımdır", - deyə hökumətin bəyanatında deyilir.

Ticarət Nazirliyi də yeni hökumətin payızda ilk iclaslarının Türkiyə, İsrail, Cənubi Koreya və İsveçrə ilə keçiriləcəyini açıqlayıb.

Seçilən
69
1
publika.az

2Mənbələr