"Qarabağ"ın Bolqarıstanın "Ludoqorets" komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
Demedia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
6 avqust.
20:00. "Qarabağ" - "Ludoqorets"
Tofiq Bəhramov adına Respublika stadionu
13 avqust
22:00. "Ludoqorets" - "Qarabağ"
"Ludoqorets Arena"