AZ

Azərbaycanın cüdoçusu yarımfinala çıxdı

Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Modern.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa) ilə qarşılaşıb. 

Kotsoyev bu gorüşdə qələbə qazanaraq (vaza-ari xalı ilə) yarımfinala çıxıb. Bu mərhələdə onun rəqibi Muzaffarbek Turoboyev (Özbəkistan) olub. 

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-dan başlanacaq.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
modern.az

3Mənbələr