Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün cüdo millimizin üzvü Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaq.
Təmsilçimiz 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, Kotsoyev cüdo üzrə son dünya çempiondur.