AZ

“F-16”-lar Ukraynanı xilas edəcəkmi? – Amerikalı generalın şərhi

Məlum olduğu kimi, Qərbin xeyli müddətdir vəd etdiyi “F-16”-lar artıq Ukraynadadır. İlkin məlumatlara görə, hələlik onların cəmi 6 ədədi Ukraynaya verilib, lakin yaxın zamanda bu sayın çoxalacağı gözlənilir.RUBRİKA.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin başçısı general Ceyms Qeker Mitçel Aerokosmik Tədqiqatlar İnstitutunda keçirilən tədbirdəki çıxışında “F-16”-ların Ukrayna cəbhəsindəki vəziyyətə mümkün təsirini şərh edib.General deyib ki, “F-16” qırıcıları Rusiyanın güclü hava hücumundan müdafiə sistemi üzərində ani üstünlüyü təmin etməyəcək. Lakin bu təyyarələr Kiyevə Qərb tipli hava qüvvələrinə keçməyə və Amerika döyüş sursatlarından daha yaxşı istifadə etməyə imkan verəcək: "F-16-lar birdən-birə “qızıl top” olmayacaq, amma onlar indi bunun sayəsində havada üstünlüyə malik olacaqlar. Bu təyyarələr inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərinə qarşı mübarizə aparırlar... Bu, onların(Ukraynanın-red.) düzgün istiqamətdə atdıqları bir addımdır".Məlum olduğu kimi, Ukraynanın müttəfiqləri yaxın həftələrdə “F-16”-ların gəlişi barədə siqnal verirdilər, lakin bu günə qədər Ukrayna onları qəbul edib-etməməsi ilə bağlı şərh verməyib.İyulun 30-da isə “The Wall Street Journal” Ukraynanın sözügedən təyyarələrlə birgə aşağıdakı sursatları da alacağını yazıb:“AIM-120 AMRAAM” və “AIM-9X Sidewinder” hava-hava raketləri;“AGM-88 HARM” radar əleyhinə raketlər;Uzun mənzilli, kiçik diametrli JDAM bombaları.General Qeker həmçinin, Kiyevin "hava-yer" tipli raketlərlə də təmin olunduğunu bildirib: "Onları sadəcə olaraq “MiQ-29” və “Su-24”-dən atırdılar. İndi bu raketləri həqiqətən təyinatları üzrə nəzərdə tutulduqları təyyarədən buraxa biləcəklər ki, bu da həmin raketlərin uçuşun ortasında hədəfləri dəyişdirməsinə və digər manevrlərə imkan verəcək”.O, qeyd edib ki, indiyə qədər Ukraynanın bu cür manevrlər etmək imkanı yox idi: “”F-16”-dakı təkmilləşdirilmiş hədəf sistemləri “HARM”-dan daha çevik və daha dəqiq istifadə etməyə imkan verəcək. Bu, Ukraynanın imkanlarını artıracaq".RUBRİKA.AZ





Facebook-da paylaş

Seçilən
25
50
rublika.az

10Mənbələr