AZ

Ukrayna xüsusi təyinatlıları Rusiyanın Suriyadakı aviabazasına zərbə endirib?

Ukrayna xüsusi təyinatlıları Suriyadakı Rusiya aviabazasına zərbə endirib. Bu, Rusiya prezidenti Vladimir Putinlə Suriya prezidenti Bəşər Əsədin görüşündən sonra baş verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Xüsusi xidmət orqanlarındakı mənbələrin məlumatına görə, iyulun sonunda Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xüsusi əməliyyat keçirib və onun çərçivəsində Hələbin şərqində yerləşən Rusiya ordusunun “Kuveyres” aerodromuna hücum edilib.

Qeyd olunur ki, kompleks zərbəni “Ximik” qrupunun Baş Kəşfiyyat İdarəsinin əsgərləri həyata keçirib.

Məlumdur ki, xüsusi təyinatlılar Rusiyanın elektron döyüş sistemini məhv ediblər, daha sonra isə aerodromun özündə Rusiya hədəflərini vurmaq üçün dronlardan istifadə ediblər.

İyulun 24-də Rusiya diktatoru Vladimir Putinin Suriya prezidenti Bəşər Əsədlə görüşündən bir gün sonra Ukrayna xüsusi təyinatlıları Rusiyanın mövqelərinə hücum edib.

Əlavə edək ki, "Kuveyres" aerodromuna 2015-ci ildən Rusiya nəzarət edir və hərbi məqsədlər üçün istifadə edirlər.

QAZİLER.AZ

Seçilən
66
39
qaziler.az

10Mənbələr