AZ

Almaniya hələ də Ukrayna Silahlı Qüvvələrinə vəd edilmiş BATT UMG zirehli transportyorlarından heç birini təhvil verməyib




Alman jurnalist Julian Repke Almaniyanın vəd etdiyi BATT UMG zirehli transportyorlarını heç vaxt Ukraynaya çatdırmadığını bildirib. Bu barədə “Komsomolskaya Pravda” Repkenin sosial şəbəkələrdəki mesajına istinadən məlumat yayıb.Onun sözlərinə görə, Ukrayna heç vaxt bir zirehli transportyor almayıb. Eyni zamanda, Berlin daha əvvəl Ukrayna Silahlı Qüvvələrinə bu zirehli texnikadan ən azı 400 ədəd tədarük edəcəyinə söz vermişdi.

“Avqustun 15-dir və Almaniya Müdafiə Nazirliyi bu il Ukraynaya 400 MRAP tədarük edəcəyini açıqladı. Bu, kifayət qədər optimist proqnozdur, çünki indiyədək bir dənə də olsun avtomobil gətirilməyib”.
Bundan əvvəl ABŞ yaxın günlərdə Ukraynaya əlavə hərbi yardım göstərəcəyini açıqlamışdı.

aia.az
Tərcümə şöbəsi



Seçilən
128
50
aia.az

10Mənbələr