AZ

“Tesla” ABŞ-da 1,8 milyondan çox avtomobili geri çağırır

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla” proqram təminatı probleminə görə ABŞ-da 1,8 milyondan çox avtomobilini geri çağıracaq.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkətinin Təhlükəsizliyi İdarəsi  (NHTSA) məlumat yayıb.

Məlumata görə, geri çağırılma 2021-2024-cü illər arasında istehsal edilmiş Model 3, Model S, Model X və 2020-2024-cü illərdə istehsal olunmuş Model Y avtomobillərini əhatə edir.

Açıqlamada qeyd edilir ki, proqram xətası səbəbindən kilidi açılmış kapot tamamilə açıla və sürücünün yola baxmasına mane ola bilər ki, bu da qəza riskini artırır.

“Tesla” nasazlığın aradan qaldırılması üçün proqram təminatını yeniləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
9
banco.az

9Mənbələr