AZ

"Tesla" 2 milyona yaxın avtomobili geri çağıracaq

Elektromobil istehsalçısı "Tesla" avtomobil idarə edərkən açıla bilən kapot qapaqları ilə bağlı problemlər səbəbindən ABŞ-də 1,8 milyondan çox avtomobili geri çağıracaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb. 

Məlumata görə, 2021-2024-cü illər arasında istehsal edilən “Model 3”, “Model S”, “Model X” avtomobillərini və 2020-2024-cü illər arasında istehsal edilən “Model Y” avtomobillərini əhatə edəcək. 

Açıqlamada 1,8 milyondan çox avtomobilin geri çağırılacağı açıqlanıb.

Problem ilk dəfə mart ayında çinli "Tesla" sahiblərinin kapotun istəmədən açılması ilə bağlı şikayətlərindən sonra müşahidə olunub.

Araşdırma zamanı məlum olub ki, problem kapot açıq olan zaman müştərilərin bildiriş almasına mane olan deformasiyaya uğramış kapot açarı ilə bağlıdır.

Problem kapotun qapağı ilə əlaqəli olsa da, proqram yeniləməsi ilə həll edilə bilər. "Tesla" yaxın günlərdə yenilənmə göndərməyə başlamağı planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
9
cebheinfo.az

9Mənbələr