OPEC ölkələri ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçkilərdə qalib gələcəyini ümid edərək neftin qiymətini aşağı salmağa çalışırlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünün Truth Social sosial şəbəkəsində bildirib.
Trampın sözlərinə görə, OPEC ölkələri “çılğın ” Harrisin qalib gələcəyinə ümid edərək neftin qiymətini aşağı salmaq üçün əllərindən gələni edirlər. Eks-prezident qeyd edib ki, hadisələrin bu cür inkişafı ABŞ-ı fəlakətə sürükləyə bilər.