ABŞ-ın keçmiş prezidenti Donald Tramp “daha radikal solçu” kimi xarakterizə etdiyi ABŞ vitse-prezidenti Kamala Harrisin prezidentlik yarışında ABŞ prezidenti Co Baydendən “daha pis namizəd” olduğunu bildirib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Tramp "Fox News" televiziyasına verdiyi müsahibədə prezident Baydenin yarışdan çəkilməsindən sonra Demokratların rəsmi namizədi olacağı gözlənilən vitse-prezident Harrislə bağlı qiymətləndirmələr edib. Harrisin Baydendən "daha pis namizəd" olduğunu deyən Tramp: "Məncə o (Harris) daha radikal solçudur", - deyə bildirib. Trump, Harrisin "çox danışdığını, lakin onun fikirlərinin boş olduğunu" iddia edib. Sosial mediada gülüşü ilə gündəmə gələn Harrisin təbəssümünü tənqid edən Tramp: “Bu gülüş dəli adamın gülüşüdür. Amma onun son zamanlar daha belə gülümsəmədiyini gördüm. Kimsə onu gülməyinin uğursuz olduğuna inandırıb", - deyə qeyd edib. Prezident Bayden iyulun 21-də "X" hesabında verdiyi açıqlamada prezidentlik yarışından çəkildiyini və onun yerinə vitse-prezident Harrisi tövsiyə etdiyini açıqlayıb. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Qadir, Bizimyol.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta