AZ

Kürdəmirdə meşələr qırılıb - ŞİKAYƏT

Kürdəmirdə Tuqay meşələri qırılıb.

Bu barədə Bakıvaxtı.az-a rayon sakini Çingiz Mikayılov bildirib.

Onun sözlərinə görə, Kürdəmir rayonu, Şüşün kəndi ərazisində Kür çayı sahilində meşə zolağında qanunsuz ağac kəsintisi faktı mövcuddur.

“Kürdəmir rayon Şüşün kənd sakini Köhünlü bələdiyyəsinin üzvü Abbasov Nohəl Soltan oğlu 40.136095, 48.026447 koordinatlarında yerləşən meşə zolağında meşəqırma icazəsi olmadan meşənin soyqırımını aparıb. O tuqay meşələrində yaşlı qovaq ağaclarını kəsdirib”, - deyə şikayətçi idda edir.

Bildirib ki, 8 saylı RETSİ idarəsinin rəis Akif Məmmədov və Kürdəmir rayonunda ekologiyaya məsul olan Eldəniz adında şəxs ağacların qırılma faktına göz yumurlar.

O, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdən Akif Məmmədovun iştirakı ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əraziyə baxış keçirərək akt tərtib etmələrini, tərtib edilmiş akt əsasında Cinayət Məcəlləsinin 259-cu maddəsi (qanunsuz ağac kəsmə) ilə tədbir görülməsi üçün prokurorluq orqanlarına göndərilməsini, akt tərtib edilərkən Nohəl Abbasovun bələdiyyə üzvü və müavin olması faktı nəzərə alınsın. 259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə maddəsinin tələbləri yerinə yetirilməsini və tərtib edilmiş aktın müraciət müəllifinə təqdim edilməsini xahiş edib.

"İnanıram ki, Muxtar Babayev 8 saylı RETSİ rəisi Akif Məmmədova qanunların tələblərinə əməl edilməsi üçün göstəriş verəcək”.

Ç.Mikayılov bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova, Kürdəmir rayon prokuroru Tural İbrahimova, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfova, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadəyə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevə, 8 saylı RETSİ Akif Məmmədova da müraciət edib.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
4
bakivaxti.az

6Mənbələr