AZ

Kürdəmirdə kütləvi ağac kəsimi: ekoloji böhrandan nazirə şikayət

Kürdəmir rayonu, Şüşün kənd sakini Mikayılov Çingiz Mikayıl oğlu ölkə başçısı İlham Əliyevə, ekologiya və təbii sərvətlər naziri  Muxtar Babayevə, Baş prokuror Kamran Əliyevə, meşələrin inkişafı xidmətinin rəisi Ramik Əşrəfova, dövlət ekoloji təhlükəsizlik xidmətinin rəisi  Hikmət Əlizadəyə, bioloji müxtəlifliyin qorunması xidmətinin rəisi  Firuddin Əliyevə və digər aidiyyəti qurumlara müraciət edib. 

O, Şüşün kəndində baş verən ekoloji böhrana qarşı tədbirlər görməyi xahiş edib: "Kürdəmir rayonu, Şüşün kəndi ərazisində Kür çayı sahilində meşə zolağında qanunsuz ağac kəsintisi faktı mövcuddur. Kürdəmir rayon Şüşün kənd sakini Köhünlü bələdiyyəsinin üzvü Abbasov Nohəl Soltan oğlu 40.136095, 48.026447 koordinatlarında yerləşən meşə zolağında meşəqırma icazəsi olmadan meşənin soyqırımını aparıb. O, tuqay meşələrində yaşlı qovaq ağaclarını kəsdirib".

"8 saylı RETSİ idarəsinin rəis Akif Məmmədov və Kürdəmir rayonunda ekologiyaya məsul olan Eldəniz adında şəxs ağaclarının qırılma faktına göz yumur.  Bütün bunları nəzərə alaraq aşağıdakıları xahiş edirəm:
1. Şəxsən Akif Məmmədovun iştirakı ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları əraziyə baxış keçirərək akt tərtib etsinlər.
2. Tərtib edilmiş akt əsasında Cinayət Məcəlləsinin 259-cu maddəsi (qanunsuz ağac kəsmə) ilə tədbir görülməsi üçün prokurorluq orqanlarına göndərilsin.
3. Akt tərtib edilərkən Nohəl Abbasovun bələdiyyə üzvü və müavin olması faktı nəzərə alınsın. 259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə maddəsinin tələbləri yerinə yetirilsin.
4. Tərtib edilmiş aktı müraciət müəllifinə təqdim etsinlər", - deyə o qeyd edib. 
 
Vətəndaş ümid edir ki, Muxtar Babayev 8 saylı RETSİ rəisi Akif Məmmədova qanunların tələblərinə əməl edilməsi üçün göstəriş verəcək.

 "Cənab nazir, diqqətinizə çatdırım ki, Nohəl Abbasov həmçinin Kürdəmir Suvarma Sitemləri idarəsinin məsul əməkdaşı olub. Onun Kürdəmir rayonunda ekologiyaya nəzarət edən Eldəniz adlı şəxslə yaxın münasibətləri var. Həmçinin onu da diqqətinizə çatdırım ki, Nohəl Abbasov uzun illərdir saxta diplomla dövlətə küllü miqdarda ziyan vurmuş şəxsdir. Onun diplomunun saxta olması faktı təsdiqini tapıb. Şəxs qulluq mövqeyindən sui-istifadə edərək meşə təsəruffatına da ciddi ziyan vurub. İnanıram ki, dövlətimizi və təbiətimizə ziyan vurmuş şəxsin müdafiəçiləri axrı ki, qanunun şah olduğunu dərk edə biləcəklər", - deyə Kürdəmir sakini vurğulayıb. 

O, ekeoloji böhran yaşanan ərazidən fotogörüntülər də çəkib və "Arqument.az"ın elektron poçtuna göndərib. 

"Arqument.az" baş verənlərlə bağlı adıçəkilən şəxslərdən münasibət öyrənə bilməyib. 










Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
4
arqument.az

6Mənbələr