Müğənni Roza Zərgərli şəxsi həyatı haqda maraqlı açıqlama edib.
"Mənim ətrafımnda sevdiyim çox şəxs ola bilər. Amma sırf kişi xeylağı soruş.ursunuzsa, bu bir neçə nəfər ola bilər. Mənim bəyəndiyim və məni bəyənənlər arasında da seçim etməli olursan. Məndə bu, 4 nəfər idi, onlardan artıq biri seçilib. Onu ürəyinə görə seçmişəm. Qadının bir duruşu olmalıdır. Qadın maddiyata və başqa şeylərə görə əyilməməlidir. Kişi də puluna görə qiymətləndirilmir. Ola bilər ki, o bir hərəkəti ilə - üzünə sığal çəkməsi, saçını tumarlaması ilə hiss etdirər ki, sənin üçün canından keçməyə də razıdır. Könlümdə belə biri var".