AZ

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına yeni komandan təyin edilib

Ermənistan

Bakı, 30 iyul, AZƏRTAC

Edqar Hunanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yeni komandanı təyin edilib.

AZƏRTAC Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti sərəncam imzalayıb.

Hunanyan daha əvvəl Sərhəd Qoşunları komandanının birinci müavini və qərargah rəisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının əvvəlki komandanı Arman Maralçyan 2023-cü ildə vəzifəsindən azad edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
6
azertag.az

7Mənbələr