AZ

Ermənistanın sərhəd qoşunlarına yeni komandan təyin edildi

Edqar Hunanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yeni komandanı təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə baş nazirin təklifi əsasında ölkə prezidenti sərəncam imzalayıb.

Polkovnik Hunanyan bundan əvvəl Sərhəd Qoşunları komandanının birinci müavini və qərargah rəisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının əvvəlki komandanı Arman Maralçyan 2023-cü ildə Tex kəndi yaxınlığında baş vermiş insidentdən sonra işdən çıxarılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
3
publika.az

7Mənbələr