AZ

İslamşünaslıq ixtisasına qəbul olanların nəzərinə

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu 22-28 iyul tarixlərində aparılıb və bu müddət ərzində 103 nəfər qeydiyyatdan keçib.

 

İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya 1-3 avqust tarixlərində Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Bakı ş., Yasamal rayonu, Məhəmməd Naxçıvani küç., 29) fəaliyyət göstərəcək.

 

İştirakçılar vərəqədə qeyd olunan tarixdə saat 09:00-da şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

 

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.

 

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.

Seçilən
38
6
azedu.az

7Mənbələr