Bakı. Trend:
Avropa İttifaqı Şurası Avropa İttifaqının yeddi üzv ölkəsindəhəddindən artıq böyük büdcə kəsirinin mövcud olduğunu müəyyən edibvə rəsmi araşdırmalara başlayıb.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu barədə iyulun 26-da Şuranın rəsmisaytında dərc edilmiş bəyanatda deyilir.
Bildirilir ki, həddindən artıq böyük büdcə kəsiri olan ölkələrarasında Belçika, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa vəSlovakiya var. Onların hamısının büdcə kəsiri keçən il ÜDM-in 4faizindən yuxarı idi, halbuki Aİ qaydalarına görə, onun maksimalicazə verilən dəyəri 3 faiz təşkil edir.
Bəyanatda qeyd edilir ki, Belçikanın 2023-cü il üzrə büdcəkəsiri 4,4 faiz, Polşanın – 5,1 faiz, Fransanın – 5,5 faiz təşkiledib, İtaliyanın büdcə kəsiri isə ÜDM-in 7,4 faizinə çatıb.