AZ

Avropa İttifaqı bu ölkələrdə büdcə kəsirini araşdırır

Avropa İttifaqı Şurası Avropa İttifaqının yeddi üzv ölkəsində həddindən artıq böyük büdcə kəsirinin mövcud olduğunu müəyyən edib və rəsmi araşdırmalara başlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə iyulun 26-da Şuranın rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Bildirilir ki, həddindən artıq böyük büdcə kəsiri olan ölkələr arasında Belçika, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa və Slovakiya var. Onların hamısının büdcə kəsiri keçən il ÜDM-in 4 faizindən yuxarı idi, halbuki Aİ qaydalarına görə, onun maksimal icazə verilən dəyəri 3 faiz təşkil edir.

Bəyanatda qeyd edilir ki, Belçikanın 2023-cü il üzrə büdcə kəsiri 4,4 faiz, Polşanın – 5,1 faiz, Fransanın – 5,5 faiz təşkil edib, İtaliyanın büdcə kəsiri isə ÜDM-in 7,4 faizinə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
6
valyuta.az

8Mənbələr