AZ

Nİyə kənd yumurtası? — Dəhşətli araşdırma

Xüsusilə zamanla kütləvi istehsal yolu ilə həyatımızın bir parçası halına gələn yumurta təbiətin mükəmməl qidası kimi süfrələrimizi bəzəyir. Ancaq təəssüf ki, bütün yumurtalar bərabər deyil.

Demokrat.az lent.az-a istinadən bildirir ki, açıq səma altında sərbəst gəzən toyuğun yumurtası ilə broyler toyuğunun yumurtası arasında təsəvvür edə bilməyəcəyiniz qədər fərq var.

Sərbəst gəzən toyuq yumurtalarının qida tərkibində 6 q protein, 70 mq omeqa-3 yağ turşuları, bol lutein və zeaksantin (makula degenerasiyası kimi gec görmə itkisi riskini azaldan maddələr) və A, D və E vitaminlərinin əhəmiyyətli dozaları var. Bu yumurtaların tərkibində yaddaş və sinir funksiyalarını gücləndirən çoxlu xolin də var.

2009-cu ildə aparılan bir araşdırmaya görə, sərbəst gəzən toyuqların yumurtalarında adi supermarket yumurtalarından 3-6 dəfə çox D vitamini var. Vitamin D sümük və diş sağlamlığını gücləndirir, immunitet funksiyalarını dəstəkləyir və insulin səviyyəsini tənzimləyir. Yumurta təbii olaraq D vitamini ilə zəngin olan azsaylı qidalardan biridir. Buna görə də gündəlik əlavələrinizi bir kənara qoyub səhərlərinizi qaynadılmış yumurta ilə gücləndirə bilərsiniz.

Seçilən
43
8
demokrat.az

10Mənbələr