AZ

İsrail ordusu Xan Yunisdə qalan əhaliyə ərazini boşaltmaqla bağlı xəbərdarlıq edib

Bakı. Trend:

İsrail ordusu Xan Yunisdə qalan əhaliyə ərazini boşaltmaqlabağlı xəbərdarlıq edib.

Trend xəbərverir ki, İsrail ordusu bu barədə "X" platformasında məlumatpaylaşıb.

Məlumata görə, kəşfiyyat məlumatları əsasında Xan Yunisərazisində əməliyyatlar həyata keçiriləcək və orda qalmaq mülkiəhali üçün təhlükəlidir. Bu səbəbdən mülki əhaliyə dəyən zərəriazaltmaq və onları döyüş ərazisindən kənarda saxlamaq üçünxəbərdarlıq olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail Qəzza zolağınınXan-Yunis şəhərində humanitar zonanın boşaldılmasını tələbedib.

Qeyd olunub ki, buna səbəb İsrail hərbçilərinin əraziyə yenizərbələr endirməyə hazırlaşmasıdır.

Xan-Yunisin şərq məhəllələrininin sakinlərindən qonşu Əl-Məvasibölgəsindəki humanitar zonaya köçmələri tələb olunub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
3
az.trend.az

4Mənbələr