AZ

İsrail ordusu Xan Yunisdə qalan əhaliyə ərazini boşaltmaqla bağlı xəbərdarlıq edib

Bakı, TurkicWorld

İsrail ordusu Xan Yunisdə qalan əhaliyə ərazini boşaltmaqla bağlı xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, İsrail ordusu bu barədə "X" platformasında məlumat paylaşıb.

Məlumata görə, kəşfiyyat məlumatları əsasında Xan Yunis ərazisində əməliyyatlar həyata keçiriləcək və orda qalmaq mülki əhali üçün təhlükəlidir. Bu səbəbdən mülki əhaliyə dəyən zərəri azaltmaq və onları döyüş ərazisindən kənarda saxlamaq üçün xəbərdarlıq olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail Qəzza zolağının Xan-Yunis şəhərində humanitar zonanın boşaldılmasını tələb edib.

Qeyd olunub ki, buna səbəb İsrail hərbçilərinin əraziyə yeni zərbələr endirməyə hazırlaşmasıdır.

Xan-Yunisin şərq məhəllələrininin sakinlərindən qonşu Əl-Məvasi bölgəsindəki humanitar zonaya köçmələri tələb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
turkic.world

4Mənbələr