AZ

Selin Dion illər sonra səhnədə - Video

Uzun müddətdir xəstəliyi səbəbindən səhnədən uzaqlaşan məşhur kanadalı müğənni Selin Dion Parisdə Olimpiya Oyunlarının açılış mərasimində çıxış edib.

Axşam.az xəbər verir ki, bu, sənətçinin uzun müddətdən sonra səhnədə ilk çıxışı olub.

56 yaşlı Selin Dion tədbir zamanı əfsanəvi fransalı müğənni Edit Piafın "L'hymne à l'amour" mahnısını ifa edib.

Qeyd edək ki, ifaçı sağalmaz əzələ xəstəliyindən əziyyət çəkir. S.Dion 2022-ci ilin dekabrında sosial şəbəkələr vasitəsilə öz xəstəliyi barədə məlumat verib və 2023-cü ilin mayında müalicə almaq üçün dünya turunu ləğv edib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
49
big.az

10Mənbələr