AZ

Putin Bakıdadır! Ən yüksək diplomatik səviyyəli səfər başladı

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri başlayıb.

AzNews.az xəbər verir ki, Putinin təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, ikigünlük səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
17
aznews.az

10Mənbələr