AZ

Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycanın badminton millisinin üzvü Keişa Fatimə Zəhra Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçına çıxıb.

QOL.az xəbər verir ki, indoneziyalı milliləşdirilmiş legionerin ilk rəqibi  He Bin Çzyao (Çin) olub. 

H qrupunda keçirilən bu matç Çin idmançısının böyük üstünlüyü ilə keçib. He Bin Çzyao hər iki setdə inamlı qələbə qazanıb (21:8, 21:7).

Qeyd edək ki, hər qrupda üç idmançı yarışır. Növbəti mərhələyə yalnız qrup qalibi çıxır. Bu məğlubiyyətlə Azərbaycan badmintonçusunun qrupdan çıxmaq şansı xeyli çətinləşib.

Keişa Fatima Zəhra növbəti görüşünü iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmoura qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
teleqraf.com

4Mənbələr