AZ

İdmançımız Paris-2024-ə məğlubiyyətlə başladı

Bu gün Azərbaycanın badminton millisinin üzvü Keişa Fatimə Zəhra Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçına çıxıb.

Publika.az xəbər verir ki, indoneziyalı milliləşdirilmiş legionerin ilk rəqibi He Bin Çzyao (Çin) olub.

H qrupunda keçirilən bu matç Çin idmançısının böyük üstünlüyü ilə keçib. He Bin Çzyao hər iki setdə inamlı qələbə qazanıb (21:8, 21:7).

Qeyd edək ki, hər qrupda üç idmançı yarışır. Növbəti mərhələyə yalnız qrup qalibi çıxır. Bu məğlubiyyətlə Azərbaycan badmintonçusunun qrupdan çıxmaq şansı xeyli çətinləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
publika.az

4Mənbələr