AZ

UEFA-dan AFFA rəsmisinə təyinat

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Rujomberok” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtıyla saat 21.30-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
38
football-plus.az

10Mənbələr