AZ

Könül Mehdiyevaya UEFA-dan təyinat

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
O, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Rujomberok” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.
Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
38
affa.az

10Mənbələr