AZ

İddia: İran klubu Mahir Emrelini transfer etmək istəyir

Təbrizin “Traktor” komandası Azərbaycan millisinin futbolçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyir.



Komanda.az xəbər verir ki, bu barədə İranın “Total Futball” teleqram kanalı məlumat yayıb.



Təbriz klubunun 27 yaşlı hücumçu ilə danışıqlar apardığı da vurğulanıb.



Son olaraq Xorvatiya çempionu “Dinamo”da çıxış edən Mahir Emrelinin Almaniya təmsilçisi “Nürnberq”ə keçəcəyi gözlənilir.



“Traktor” ötən mövsüm İran Liqasında 54 xalla 4-cü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərMahir Emreli traktor

Seçilən
13
6
komanda.az

10Mənbələr