"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola müqavilənin uzadılmasını istisna etmir.
QOL.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o deyib: “Uzun illərdir ki, klubla danışırıq. Müqavilənin uzadılacağını istisna etmirəm. Dedim ki, qalmaq istəyirəm".
Qvardiola 2016-cı ildən Mançester təmsilçisini çalışdırır. Bu müddət ərzində “Mançester Siti” altı dəfə İngiltərə çempionu olub, həmçinin Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.