“Paris-2024” Olimpiya Oyunlarında ilk dopinq faktı aşkarlanıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qadağan olunmuş maddə iraqlı cüdoçu Sajjad Sehendə tapılıb.
Onun testinin nəticəsi pozitiv olub.
Bu səbəbdən idmançı mümkün apellyasiyaya qədər yarışdan kənarlaşdırılıb.
Cüdoçu 81 kq çəki dərəcəsində 1/32 finalda özbək Şərofiddin Boltaboyevə qarşı olimpiya turnirində iştirak etməli idi.