EN

“Paris-2024”də ilk dopinq əməliyyatı - Kimdə tapıldı?

“Paris-2024” Olimpiya Oyunlarında ilk dopinq faktı aşkarlanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qadağan olunmuş maddə iraqlı cüdoçu Sajjad Sehendə tapılıb.

Onun testinin nəticəsi pozitiv olub.

Bu səbəbdən idmançı mümkün apellyasiyaya qədər yarışdan kənarlaşdırılıb.

Cüdoçu 81 kq çəki dərəcəsində 1/32 finalda özbək Şərofiddin Boltaboyevə qarşı olimpiya turnirində iştirak etməli idi.

Chosen
6
sportinfo.az

1Sources