AZ

Qvardiola Edersonun gələcəyi ilə bağlı sualı cavabladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola braziliyalı qapıçı Ederson Moraesin bu yay klubdan mümkün ayrılığı barədə danışıb.

Arena.az xəbər verir ki, 30 yaşlı qolkiperin Səudiyyə Ərəbistanı klublarından birinə keçidi müzakirə olunur.

İspan mütəxəssis bu barədə sualı belə cavablandırıb:

“Edersonun qalmasını istərdim, amma bu, digər klublardan asılıdır. Mən bütün vəziyyəti bilmirəm. Son günlər heç bir əlaqə olmayıb. Bu, məşq məsələsidir, o, transfer pəncərəsinin sonuna qədər bizimlə qalacaq, sonra isə görəcəyik”, deyə Qvardiola bildirib.

Ederson “San-Paulu”nin yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkən braziliyalı qapıçını “şəhərlilər” 2017-ci ilin iyulunda 40 milyon avro müqabilində transfer ediblər. Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ötən mövsüm Ederson “Siti”nin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 34 qol “yeyib”, 16 oyundan “quru” qurtulub. Braziliyalı qapıçının “şəhərlilər”in heyətində ümumi statistikası isə belə mənzərə yaradır: 332 oyun, 257 buraxılmış qol, 155 “quru” oyun.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltərə Premyer Liqasının 6 qat, İngiltərə Kubikunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 25 oyuna 18 qol buraxıb, 12 təmiz oyun keçirib. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçsı Alisson Bekerin əvezedici rolunda çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı braziliyalı qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
arena.az

2Mənbələr