AZ

Nigeriyada mina partladı: 7 hərbçi öldü

Nigeriyanın şimal-şərqində yolda minanın partlaması nəticəsində azı 7 əsgər həlak olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Rötyers" məlumat yayıb.

Bildirilib ki, Borno əyalətində Monquno və Baqa yaşayış məntəqələri arasındakı yolda bir hərbi maşın partladılıb. Hərbçilər patrulun heyətində olublar.

Qeyd edək ki, Borno əyalətində bir neçə ekstremist qrup fəaliyyət göstərir. Onların ən böyüyü Boko Haramdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
milli.az

5Mənbələr