AZ

Nigeriyada partlayış: 7 əsgər həlak oldu

Nigeriyanın şimal-şərqində yolda əldəqayırma minanın partlaması nəticəsində azı 7 əsgər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” yerli hərbçilərə istinadən bildirib.

Qəzet bildirib ki, Borno əyalətində Monquno və Baqa yaşayış məntəqələri arasındakı yolda bir ordu maşını partladılıb. Hərbçilər patrulun heyətində olublar.

Qeyd edək ki, Borno əyalətində bir neçə ekstremist qrup fəaliyyət göstərir. Onların ən böyüyü Boko Haramdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
bakivaxti.az

5Mənbələr