AZ

Tramp hesab edir ki, ABŞ Baydenə görə dəhşətli günlər yaşayır

ABŞ-ın sabiq prezidenti Donald Tramp hesab edir ki, ölkə prezident Co Baydenin indiki administrasiyasının siyasəti ucbatından dəhşətli günlər və tənəzzül yaşayır.

APA xəbər verir ki, Tramp bunu Floridada tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Biz tənəzzüldə olan bir millətik. Biz öz inamını, iradəsini və gücünü itirmiş, yolumuzu azmış bir millətik. Amma bu dəhşətin davam etməsinə imkan verməyəcəyik", - deyə o bildirib.

O həmçinin hazırkı vitse-prezident Kamala Harrisi ölkə tarixinin ən pis və səriştəsiz administrasiyası adlandırıb.

O, həmçinin Bayden və vitse-prezident Kamala Harrisi ABŞ tarixinin ən pis və səriştəsiz administrasiyası adlandırıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin Demokratlar Partiyasını təmsil edəcəyi güman edilirdi, lakin iyun ayında Respublikaçı Trampla debatdakı fəlakətli çıxışından sonra Demokratlar arasında Baydenin mübarizədən əl çəkməsi üçün çağırışlar daha da yüksəlməyə başladı. Nəhayət iyulun 21-də o, yarışdan çıxmaq qərarına gəldi və Harrisin ABŞ hökumətinin ən yüksək vəzifəsinə namizədliyini dəstəklədi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
3
apa.az

7Mənbələr