AZ

Tramp: "Baydenə görə dəhşətli günlər yaşayırıq"

ABŞ-ın sabiq prezidenti Donald Tramp hesab edir ki, ölkə prezident Co Baydenin indiki administrasiyasının siyasəti ucbatından dəhşətli günlər və tənəzzül yaşayır.

Teleqraf.com xəbər verir ki, Tramp bunu Floridada tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Biz tənəzzüldə olan bir millətik. Biz öz inamını, iradəsini və gücünü itirmiş, yolumuzu azmış bir millətik. Amma bu dəhşətin davam etməsinə imkan verməyəcəyik", - deyə o bildirib.

O, həmçinin Bayden və hazırkı vitse-prezident Kamala Harrisi ABŞ tarixinin ən pis və səriştəsiz administrasiyası adlandırıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
10
teleqraf.com

7Mənbələr