AZ

Buzun yeni forması kəşf edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tokio Universitetinin alimləri buzun yeni formasını - "0 buz"u kəşf ediblər.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu gün elmə müxtəlif təzyiq və temperatur birləşmələri altında əmələ gələn 20-dən çox müxtəlif buz növləri məlumdur. Adi buz bu sistemdə "I buz" olaraq tanınır.
Yeni araşdırma sübut edib ki, su damcıları öz nüvələrində deyil, səthin yaxınlığında da dona bilər.
Alimlər kəşf ediblər ki, buz kristallaşması suyun hava ilə birləşdiyi yerdə də baş verə bilər.
Onların sözlərinə görə, kəşf suyun kristallaşma parametrlərinin həlledici rol oynadığı iqlim tədqiqatlarına və qida elminə əhəmiyyətli töhfələr verəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
50
oxu.az

10Mənbələr